Aparıcı Zülfiyyə Bayramova sosial şəbəkədə duyğusal paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, iki il öncə xərçəngdən sağalan Zülfiyyə Bayramova sosial şəbəkədə bu sözləri yazıb:
"2 yaşım tamam oldu. İki il öncə mədəmdə yaranan 12 santimetrlik bəd xassəli şislə ölüm-dirim mübarizəsinə girdik, mən, ailəm və iki əziz dost cərrahım. Bu kiçik ordu ilə ölümün üzərinə getmişdim, hə birdə Allahım və sizin dualarınız vardı yanımda. Ölümlə üzləşsəm də bundan qorxmadım. Nigarançılığım övladlarım idi.
İki böyük risk qarşısında idim, ya əməliyyat olmamalı, səssiz ölümə boyun əyməli, ya da iyirmi faiz ümidlə əməliyyata girməli, ölümlə mübarizə aparmalıydım. Biz mübarizəni seçdik. Döyüşdük və 7 saatlıq əməliyyatdan qalib çıxdıq. Bu gün o qələbənin iki ili, başqa sözlə mənim 2 yaşım tamam olur".
Qeyd edək ki, Zülfiyyə Bayramova aparıcı İlqar Mikayıloğlu ilə evlidir.