Dünya ulduzu Beyons koronavirusla mübarizəyə altı milyon dollar bağışlayıb.
Teleqraf.com xəbər verir ki, Beyons qurduğu "BeyGOOD" və Cek Dorsinin rəhbərlik etdiyi "Start Small" şirkəti vasitəsilə yardım kampaniyasına qoşulub.
Kampaniya çərçivəsində Ağıl Xəstələrinin Beynəlxalq İttifaqı (NAMI) ilə birlikdə ruhi xəstəlikdən əziyyət çəkənlərə yardım ediləcək.
İfaçının bu addımı onu sevənlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, aparıcı Opra Uinfri koronavirusla mübarizədə 10 milyon dollar bağışlayıb.