Müğənni Manaf Ağayev oğlunun toyuna hazılaşdığını deyib.
Teleqraf.com xəbər verir ki, müğənni bu haqda "Hüseynova bacıları" verilişində danışıb:
"Oğlum nişanlanıb, toya hazırlaşırdıq. Özü seçdi, biz də razılaşdıq. Təzə və köhnə qudamı da salamlayıram. Gəlinimin də üzündən öpürəm.
Gəlinlərim mənə Manaf əmi deyirlər. Çünki ataları var. Hər ikisi mənim balamın həyat yoldaşıdırlar. Böyük oğlum ayrı yaşayır, kiçik oğlumun da öz evi var".