"Ailə münaqişləri, qohumlar arasında anlaşılmazlıqlar və sair kimi sosial mövzulara heç vaxt toxunmaram".
Teleqraf.com xəbər verir ki, bu sözləri "Söhbətsiz" verilişində aparıcı Leyla Quliyeva deyib.
Aparıcı ökəmizdə baş tutan "Avroviziya-2012"nin aparıcısı seçilməsindən də danışıb: "Aparıcı kim olacaq deyə sual yarananda mən də öz adımı gözləyirdim. Heç vaxt bacarmadığım işi görməzdim. Özümə əmin idim, mətbəxi bilirdim. Mənim özümə siyahı vermişdilər ki, hansı aparıcılarla çıxa bilərsən? 15-16 nəfərin adını təqdim eləmişdim. Siyahıda Könül Nağıyevanın, Tural Əsədovun da adları var idi.
İndi düşünürəm ki, onlara desəydilər mənim adım yazacaqdırlarmı? Görəsən, adımı yazacaqdılar, yoxsa məni ən təhlükəli hesab edib, dərhal ordaca adımı çıxarardılar? Allah məndən paxıllıq hissini əsirgəyib".
Leyla Quliyeva aparıcının "Komandada Hüsniyyə Məhərrəmova da var idi. Belə bir hal yarandı ki, Leylanın aparıcı kimi seçilməsi Hüsniyyə ilə münasibətinə pis təsir elədi?" sualına cavabda deyib: "İki insanın münasibətini birləşdirəcək keyfiyyətlər olmalıdır. Əgər o iki insanı bir- birinə nəsə bağlamırsa... Eyni komandada ola, ikimiz də eyni dərəcədə işimizə məsuliyyətlə yanaşa bilərik. Amma o işi görərkən bir-birimizə yaxınlığımız varmı?
Heç vaxt insan kimi yaxınlığımız olmayıb. Bu demək deyil ki, mən apardım, o aparmadı. Və bizim aramızda soyuqluq yarandı. Məndən küsüləcək heç nə yox idi. Əgər küsübsə, bu qərarı kim verib, ondan incisin".