29 Aprel 2020 17:57
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova "Elgizlə izlə" verilişində atasından danışıb.

Teleqraf.com xəbər verir ki, Səidə Dadaşova atasının son zamanlar küskün olduğunu deyib:

"Azərbaycan xalqı çox böyük itki verdi. Deyirdi, qızım, doğrudan məni çox istəyirlər... Həmişə deyirdi ki, məni xalqın sevgisi yaşadır. Bir ara küsmüşdü. Son vaxtlar tamaşada oynamadığına görə küskün idi".

Səidə Dadaşova son gününə qədər atasının yanında olduğunu deyib: "Bilən bilir, mən və qardaşım hər zaman atamın yanında olmuşuq. Bu, göz önündədir. Evdə planlarımızı da birlikdə müzakirə edirdik. Verilişlərə də bir gedərdik. Atam vaxtında ağzı göyçəklərin, şayiə yayanların cavabını vermişdi. Düşmən də var, sevməyən də çoxdur.

Mən sonuna qədər atamın yanında oldum, xəstəxanada da, evdə də. Hər kəs öz danışdığı nağıla inanır. Yalançının yaddaşı olmaz. Məntiqlə düşünsələr o sözü deməzlər. Fikir vermirəm, o, insanlar yalanlarla yaşayırlar. Mən heç vaxt mənəm-mənəm demərəm.

Bir şey ki, onu yaşadır, qoy öz dünyasında özünü qəhrəman görsün".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər