Xalq artisti Brilliant Dadaşova 104 FM radiosunda qonaq olub.
Teleqraf.com xəbər verir ki, o, Ramazan ayında oruc tuta bilmədiyini açıqlayıb: "Beş-altı ildir oruc tuta bilmirəm. Hemoqlobinim və təzyiqim aşağıdır. Mən balaca olanda atama deyirdilər ki, konyakı şirin su ilə, şərabı isə qaynadıb verin, içsin. Acı dadı sevmədiyimə görə heç birini içə bilmirdim. Elə də spirtli içkilərə nifrət elədim".
Xalq artisti oğlu Cahad Hacıyevdən də danışıb: "Oğlum dünyaya gəldikdən sonra həyat yoldaşımı daha yaxşı başa düşməyə başladım. Onun balaca vaxtı vəziyyəti o qədər də yaxşı deyildi. Evə müəllimlər gəlirdi. Pulu verə bilməyəndə zəng edirdim ki, bu həftə gəlməyin. Utandığımdan deyə bilmirdim ki, pulu verə bilmirəm. Cahad çətinlikləri görüb".
Brilliant Dadaşova ən böyük peşmanlığını da dilə gətirib: "Ən böyük səhvim Vaxtanq Kikabidze ilə duet oxumamağımdır. Mənə duet oxumağı təklif etmişdi. Mən də dedim ki, sponsor gürcülər yox, özümüzünkülər olsun. Hər zaman suyu üfürə-üfürə içirdim. Buna baxmayaraq yenə şər-böhtan atırdılar. Hətta tanımadığım kəlimə kəsmədiyim insanlar belə".
Qeyd edək ki, Brilliant Dadaşovanın həyat yoldaşı Ədalət Hacıyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rəhbəridir.