Türkiyədə Star TV-də yayımlanan "Səfirin qızı" serialı haqqında yeni qərar qəbul edilib.
Teleqraf.com xəbər verir ki, koronavirusa görə martın 16-dan çəkilişləri dayandırılan serial dörd bölümdən sonra sezon finalına çıxır.
Reytinq rekordu qıran "Səfirin qızı"nın son dörd bölümünün çəkilişləri isə bu ay baş tutacaq.
Qeyd edək ki, serialda Neslihan Atagül, Engin Akyürek, Erhan Alpay, Uraz Kaygılaroğlu, Hivda Zizan Alp, Doğukan Polat, Erdal Küçükkömürcü, Tülin Yazgan, Gonca Cilasun və bir çox məşhurlar oynayırlar.