Türkiyənin məşhur aktrisası Tuba Büyüküstün başına gələn xoşagəlməz hadisədən danışıb.
Teleqraf.com xəbər verir ki, Tuba Büyüküstün serial çəkilişləri zamanı təhükəsizlik üçün tədbir görülmədiyindən şikayətlənib.
Aktrisa yalnız lazımi tədbirlər görüləcəyi təqdirdə seriallara geri dönəcəyini açıqlayıb: "Seriala kiminlə çəkiləcəyimiz çox önəmlidir. Bu, bir az da güvən məsələsidir. Bir dəfə çəkiliş meydançasında boğulurdum.
Yetərincə qorunduğumuzu düşünmürəm. Əgər mənə güvən verilərsə və yetərincə tədbir görülərsə, seriallara geri dönəcəm".