4 May 2020 11:33
2 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynov "Ay Zaur" verilişinə qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, aparıcının "Röya Ayxan sizi Abbas Bağırovla barışdırmasaydı, onunla barışmazdınız?" sualına belə cavab verib:

"Barışardım. Abbas Bağırovdan narazılığım vardı. Hazırda Gəncədədir. İndi küsülü olduğum müğənni yoxdur".

Zamiq Hüseynov "Keçmişi yada salanda ağlamısınız, yoxsa təəssüf hissi keçirmisiniz?" sualına cavada deyib ki, yaxın günlərdə Saatlıya gedibmiş: "Uşaqlara dedim ki, buradan çıxandan qayıtmamışam. Gəlin görək mənim yaşadığım yer necədir? Ora baxanda ağladım.

Düşündüm ki, orada necə yaşamışıq? Bataqlıq idi, amma necə xoşbəxt idik. Həyatda ağlamağı sevən insan deyiləm, o zaman kənara keçdim və ağladım. Bu, çox az hallarda olur. Heç vaxt ağlamağımı əzizləriminin və valideynlərimin görməsini istəmərəm.

On yaşımdan sonra çöllərdə böyümüşəm. Evə ancaq yatmağa gələrdim. Ətrafımdan pis yola qulluq edənlər də olub. Amma onları görə-görə böyümüşəm. Həyat mənə çox şey öyrədib".


Müəllif: Rəqsanə Həsənova