Türkiyənin tanınmış modelyerləri Simge Tərtəmiz və Eyləm Tərtəmizin 60 yaşlı ataları Metin Tərtəmiz 4-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Metin Tərtəmiz bacısı ilə birgə yaşadığı evin pəncərəsindən düşüb. Hadisə yerinə təcili yardım çağrılsa, onun həyatını xilas etmək mümkün olmayıb.
Modelin atasının cəsədi tibbi ekspertizaya göndərilib.
Simge atası ilə fotosunu sosial şəbəkədə paylaşaraq “Kədərimiz təsvir edilə bilməz, gedişin çox tez oldu. Haqqını halal et, atam. Məkanın cənnət olsun” yazıb.