Türk kinosunun məşhur rejissorlarından biri olan Özer Kızıltan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Özer Kızıltan 57 yaşında xərçəng xəstəliyindən vəfat edib.
O, "Kızıltan", "Takva", "Beni Unutma", "Aşkın 5 Hali", "Mahrumlar gibi" və s. bir çox filmlərin rejissoru olub.