6 May 2020 12:56
8 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı bu gün əkiz övladlarının doğum gününü qeyd edir.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı İnstaqramda video paylaşaraq həyat yoldaşı Doğuşun onlarla birlikdə ola bilməməsimdən yazıb: "Dörd il əvvəl mənim mələklərim, Arda və Arın dünyaya gəldi. Onların gəlişi məni çox dəyişdi. Dünyanı, həyatı o qədər sevdim ki... Bu iki mələk həyatı, insanları və bütün canlıları məndən çox sevir.

Hər gün ad gününə neçə gün qaldığını soruşan Arın "Ana, bu gün atam gələcəkmi?" soruşdu və "yox" cavabını aldı.
Sonra gördüm ki, yatağının küncündə dolmuş gözləriylə əlindəki balaca pişiyinə deyir ki, "sən mənim atam olacaqsan və mənimlə birlikdə tort kəsəcəksən".

Mənim halımı təsəvvür edin və üç ayda Arının mənə yaşatdıqlarını düşünün. Atasına çox bağlıdır və gecələr yuxusunda görüb səhərə qədər ağlayır. Təyyarəsini əlinə alıb, atasını nə zaman gətirəcəyini soruşur.

Bu gün doğum gününü qeyd etmək istəmir, atasının gəlişini gözləyir. Bax beləcə bu gün ataları olmadan doğum gününü qarşıladılar. Olsun, ən önəmlisi sağlıqlı olmaqdır. Mənim mələklərim, doğum gününüz mübarək! Valideynlərinizin qürur mənbəyi olasınız!".

Müğənni Doğuş isə "Öncə sizi dünyaya gətirən ananıza təşəkkür edirəm. Və siz mələkləri mənə verdiyi üçün onu çox sevirəm. Bu gün kaş yanınızda ola bilsəydim, hamınızı Allaha həvalə edirəm" deyə sosial şəbəkədə övladlarının ad gününü təbrik edib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dövlətlər arası sərhədlər bağlıdır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər