Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, karantin rejimini evində keçirən Nəsrin Cavadzadə gözəllik salonlarının fəaliyyətə başlamasını böyük bir sevinclə qarşılayıb.
Aktrisa sosial şəbəkədə gülümsəyərək poz verdiyi fotosunu paylaşaraq "Mayın 11-də gözəllik salonları açılacaq" şərhini yazıb.
Foto qısa zamanda 165 min şəbəkə izləyicisi tərəfindən bəyənilib.