Rəqqasə-aktrisa Oksana Rəsulova şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Oksana Rəsulova İnstaqramda sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.
"Sizin üçün ailə, yoxsa sənət?" sualına cavabda o, ailəyə üstünlük verib: "Əgər belə bir seçim olsa, təbii ki, ailəmi seçərəm". Oğlunu mətbuatdan uzaq tutan Oksana Rəsulova onun üzünü göstərəcəyini də açıqlayıb: "Oğlum Osmanın üzünü göstərəcəm. Allah bütün balaları saxlasın. Olmayanlara qismət etsin".
"Bir qadın kimi xoşbəxtsiniz?" sualına isə rəqqasə: "Son üç ildə xoşbəxtəm" deyib.
Qeyd edək ki, Oksana Rəsulova üçüncü dəfə gizli evlənib. Onun bu nikahdan bir oğlu var.