7 May 2020 17:07
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" sərəncam imzalayıb.

Prezident mükafatına layiq görülən əməkdar artist Sənubər İsgəndərli Teleqraf.com-a açıqlamasında təəssüratlarını bölüşüb: "Çox sevincliyəm. Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, belə bir çətin vəziyyətdə sənət adamlarını da yüksək qiymətləndirməyi unutmayıb".

Qeyd edək ki, bu gün imzalanan sərəncamla Mehriban Zəki, Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Münəvvər Əliyeva, Kəmalə Müzəffərqızı, Mehriban Xanlarova və bir çox insənət nümayəndələri Prezident mükafatına layiq görülüblər.


Müəllif: Rəqsanə Həsənova