8 May 2020 00:08
4 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Yahyayeva nişanlısı Zakir Bayramov ilə ilk dəfə sosial şəbəkədə fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, Sevda Yahyayeva İnstaqramda paylaşıdığı foto ilə nişanlısına sevgisini bildirib:

"Sevgi nəyə deyirsən, sən? Hər kəs bu sözün mənasını fərqli şəkildə başa düşür. Kimsə onu arzulayır, kimsə ondan qaçır, kimsə onu inkar edir, amma buna baxmayaraq hamı onun axtarışındadır. İnsan onsuz yaşaya bilmir. Bəzən biz ondan qaçır, bəzən isə onu qəbul etmirik. Məncə bu bir insanın başqa birinə hiss etdikləridir.

Bunu sözlərlə ifadə etmək olmur. İnsan sevdiyi zaman həqiqətən də xoşbəxtdir. Sanki sən yenə qanadlanmış və dağları belə yarmağa hazırsan. Lakin sevgi yalnız bu deyil. Bu həmçinin qarşılıqlı dözüm, anlayış, sevinc və hətta kədərdir. Sevginin mahiyyəti sevdiyin insanı olduğu kimi, yəni bütün mənfi və müsbətləri ilə qəbul etməkdir. Sevgi bir sirrdir və bu sirri hələ heç kəs çözə bilmir.
Bunu mən belə anlayıram, sevgi biganəlik deyil. Sən bu istini, sevinci hiss etdikcə anlayırsan ki, onunla keçən hər saniyə boş itirilmiş zaman deyil. Sən ona hər zaman xoşbəxtlik arzulayırsan, kömək etmək istəyirsən. Mən buna sevgi deyirəm. Bəs, sən sevgi nəyə deyirsən?".

Belə ki, ifaçının nişanlısı da sosial şəbəkədə Sevda Yahyayeva ilə eyni fotonu və eyni şərhi paylaşıb.

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə nişanlanıb. O, Leyla Medical Center-də (keçmiş Leyla Şıxlinskaya Klinikası) genetik-laborant olaraq çalışır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər