13 May 2020 13:20
2 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Yahyayeva İTV-də yayımlanan "Gəl, qonaq ol" verilişinə virtual qonaq olub.

Teleqraf.com xəbər verir ki, Sevda Yahyayeva karantin günlərini evində keçirdiyini açıqlayıb:

"Sağlamlığımızı qorumağa məcburuq. Baxır hansı saatlarda evdən çıxıram... Amma çox vaxt evdəyəm".

Müğənni aparıcının "Təzə nişanlanmısınız və bir-biriniz üçün darıxırsınız?" sualına "Bəli, darıxırıq, amma çox sevinirəm ki, internet dövründə yaşayırıq. Görüntülü danışmaq imkanımız var. Əsas odur ki, hər şey yaxşı olsun. Mən indi başa düşürəm ki, həyat, yaşamaq nə qədər gözəldir" deyə cavab verib.

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə nişanlanıb. O, Leyla Medical Center-də (keçmiş Leyla Şıxlinskaya Klinikası) genetik-laborant vəzifəsində çalışır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər