Əməkdar artist Naibə Allahverdiyeva intihardan yazıb. Teleqraf.com xəbər verir ki, o sosial şəbəkədə yazdığı statusda həyatın onun üçün də mənasızlaşdığına eyham vurub: “Son zamanlar insanların özünə qəsd etmək halları çoxalıb. Bəzilərimiz bunu maddi vəziyyətlə əlaqələndiririk. Təbii ki, bu səbəb də qaçılmaz deyil, amma mənə elə gəlir ki, insanlar getdikcə tərki-dünya olurlar, mənəvi sarsıntılara məruz qalırlar. Başlıca səbəb isə biz insanlar bir-birimizdən mənən ayrı düşmüşük, dostlarımızı itirmişik, bir-birimizə laqeyd olmuşuq, dərdlərimizi bölüşə bilmirik ya qorxuruq ya da inanmırıq. İnsan dərdini bölüşə bilmədikcə qəlbi qubar bağlayır, həyatdan bezir, yaşamaq onun üçün mənasızlaşır!!! Axır zamanlar mənim üçün də mənasızlaşır bu həyat!!! O an Tanrımdan həyata sevgi diləyirəm. dünyanı insan sevgisi xilas edəcək. Qoy Tanrı hər birimizin qəlbinə sevgi və mərhəmət bəxş etsin. Amin!”
Pərvin