Əməkdar artist Səbinə Babayeva həyat yoldaşı, rejissor Cavidan Şərifovdan boşanıb.
Teleqraf.com xəbər verir ki, müğənni bu haqda İnstaqram səhifəsində məlumat verib:
"Mən ciddi adət-ənənələrin olduğu ailədə böyümüşəm və qurduğum öz ailəm mənim üçün hər şeydən öndə gəlir. Tamamilə öz ailəmə bağlı olmuşam, və bu mənim üçün böyük xoşbəxtlik idi. Təəssüflər olsun ki, anlaşılmazlıqlar mənim ailə həyatıma son qoydu. Bizim çox sevdiyimiz oğlumuz var və onun tərbiyəsi, gələcəyi bizim hər birimiz üçün hər şeydən önəmlidir. Öncədən məni sevən və dəstək verən hər kəsə təşəkkür edirəm. Media nümayəndələrindən xahiş edirəm ki, bu çətin vaxtda bizi incitməyəsiniz. Mövzu haqqında mənim ilk və son şərhimdir".
Qeyd edək ki, cüylüyün bir övladı var.