22 May 2020 00:43
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xəyyam Nisanov və teleaparıcı Ranar Musayev üz-üzə gəlib.

Teleqraf.com xəbər verir ki, Xəyyam Nisanov "MTV Azərbaycan"a açıqlamasında bu sözləri deyib:

"Videonu izlədim, Ranar deyir ki, kimsə ona çatdırıb. Birincisi, onu demək istəyirəm ki,
Ranar deyib, böyük səhv edib. Çünki sübutsuz bir söhbətdir. Kim ona çatdırıbsa, səhv məlumat verib. Özü haqqında danışsın, bilmədiyi məsələlər haqqında yox. Dedi ki, mən dəqiq bilmirəm, mənə belə çatdırıblar. Kim çatdırıbsa, mənə zəng edib desin, telefonum açıqdır. Ümumiyyətlə, tədbirlərdə heç kimlə danışmıram. Onun üçün prodüserim, köməkçim, səs rejissorum var. Hamı bilir ki, üç nəfərlə tədbirlərə gəlirəm. Səhnəyə çıxarkən mikrafonu verirlər və deyirlər ki, mahnınız hazırdır. Kimdənsə qabaq çıxmaq, hansısa kaprizlərim var və s. yalan söhbətlərdir".

Zamiq Hüseynov ilə münasibətinə kölgə salmaq istəməyən müğənni yayılan şayiəni gülünc adlandırıb: "Zamiq mənim yaxın dostumdur və çox hörmət etdiyim bir insandır. O da mənə hörmət bəsləyir, bunu bilirəm. Xırda söhbətlər heç vaxt aramızı vura bilməz. Çünki nə Zamiq, nə də mən bu barədə danışmarıq. Bu bizə yaraşmaz. Gülməlidir və Zamiqlə münasibətimi hər kəs bilir.

Mən onunla bir süfrədə otururam. Ranar onu da deyib ki, gedib toylarını oxusunlar. Biz toylarımızı gözəl oxuyuruq və oxuduğumuz toylarda hər şey yeri-yerindədir.

Şəxsən mənimlə Zamiqin oxuduğu toylarda proqram da yerindədir. Mən tövsiyə edirəm ki, bizim haqqımızda bilmədiyi şeyləri danışmasın".

Qeyd edək ki, aparıcı Ranar Musayev "Söhbətsiz" verilişində Zamiq Hüseynov ilə Xəyyam Nisanov arasında tədbirlərin birində birinci oxumaq üstündə mübahisə olduğunu demişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər