22 May 2020 11:54
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva yenidən keçmiş sevgilisi, iş adamı Taha Tatlıcıdan polisə şikayət edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb bir ay uzaqlaşdırılma qərarı çıxarılmış Taha Tatlıcının vaxt bitən kimi Günay Musayevanın evinə gəlməsi olub.

Günay Musayeva onu döyən və hədələyən keçmiş sevgilisindən yenidən polisə şikayət edib.

Bu haqda yazar Mehmet Üstündağ məlumat verib: "Hər cür şiddətin əleyhinəyəm, uşaq və qadınlara qarşı zorakılıq etmək olmaz. Ümid edirəm ki, Taha Tatlıcı bir gənc qadına, anaya işgəncə yaşatdığı üçün lazımi cəzanı alacaq" .

Qeyd edək ki, Günay Musayeva aktyor Tolqa Karel ilə evli olub. Onun bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova