26 May 2020 23:56
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə müğənni Xatun Əliyevanın ATV kanalında yayımlanan “7 canlı” axşam proqramında şou-biznesin əkiz ifaçıları Sevil və Sevinc Səfərovalar barəsində verdiyi açıqlamalar yenidən gündəmə gəlib.

Verilişdə ekranda nümayiş olunan əkiz bacıların fotosu Xatunu dilə-dişə salıb. Sevil ilə Sevincin şəklini görən sənətçi üz ifadəsini dəyişərək, onlar barədə danışmaq istəmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, sözügedən şou proqramda qonaq olan əkizlər, Xatunun onlara qarşı etdiyi hərəkətləri bir kəlimə ilə belə şərh ediblər: “Biz ekranda heç bir şey görmədik”.

Əkizlər Xatunun hansı səbəbdən onlara qarşı belə bir addım atmasının izahını verə bilməyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər