Koronavirus pandemiyasına görə Moskvadan qalan müğənni Damla Bakıya qayıdıb.
Müğənninin meneceri Şəhriyar Abışov Teleqraf.com-a açıqlamasında Damlanın karantinə alındığını deyib: "Dünən günorta saatlarında sərhədi keçdi. Hazırda Xızıda oteldə karantinə alınıb".
Qeyd edək ki, Damla martın 20-dən Moskvaya gedib. Koronavirus pandemiyasına görə dövlətlər arası sərhədlər bağlı olduğuna görə müğənni Moskvada qalmışdı.