28 May 2020 11:58
2 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Acınacaqlı vəziyyətdə yaşayan müğənni Nurlan Əzizbəyliyə həmkarı Nüşabə Ələsgərli irad bildirib.

Teleqraf.com xəbər verir ki, Nüşabə Ələsgərli "Bizimləsən" verilişinə canlı zəng edərək Nurlan Əzizbəylinin "Başqa toy müğənniləri kimi məclislərə on minə getməmişəm" fikrinə etirazını bildirib:

"Bu gün bizim məqsədimiz Nurlan Əzizbəyliyə kömək etməkdir. Ona kömək etmək istəyənlər də pullarını haradan qazanırlar? Toy məclislərindən, el şənliklərindən. Onlar halal zəhməti ilə pul qazananlardırlar. Demək olmaz ki, mən toylarda onlar qədər pul qazanmamışam. Deyilişdə pis çıxır. Qoy kömək etsinlər.

Bir müğənni mənə dedi ki, ona kömək etmək istəyirdim, efirdə deyir ki, toy müğənniləri... Toyxanaya getmişəm, əziyyət çəkmişəm, tər tökmüşəm, pul qazanmışam. Nurlan Əzizbəyliyə kömək etmək istəyirdim. Efirdə toy müğənnilərini bəyənməməsi deməsindən sonra ona niyə pul verim ki?

Nurlana ilk növbədə kömək etmək istəyənlər kimlərdir? Onun ətrafı və sənət dostları. Hər janrda ifa edən ola bilər. Danışanda elə danışma. Sənə kömək etmək istəyən insanları ürkütmə, qaçmasınlar".

Qeyd edək ki, Nurlan Əzizbəyli yaşadığı mənzilin yararsız və təmirsiz olduğu üçün "Bizimləsən" verilişinə müraciət edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər