29 May 2020 13:53
3 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Gülüstan Əliyeva "Şou ATV" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Gülüstan Əliyeva yaşadığı çətinliklərdən söhbət açıb:

"Həyatın dibinə enmədən üzünə çıxa bilməzsən. Bu gün Gülüstan Əliyeva kimi davam etməyimdə yaşadığım çətinliklərin çox böyük izi var. Həyata tutunmaq üçün Allah aldıqlarının əvəzinə dəyərli nə isə verir. Bu gün özümü xoşbəxt hiss edirəm. Hər şeyə gülümsəmək, xoşbəxt olmağı bacarmaq lazımdır.

Allah insana hər şey verməz. Birini verir, digərini alır. Aldığının əvəzinə daha böyük şeylər verir. Məni övladım və sənətim həyata bağlayan ən böyük nemətdir".

Verilişdə qonaq olan müğənni Nadir Qafarzadə əməkdar artistin sözlərinə müdaxilə edib: "Biz xoşbəxt olmasaq da xoşbəxt görünməyə çalışırıq. Gülüstan xanımın həyatında sevgilər olub. Sənət, tamaşaçı, övlad sevgisi, amma əsl qadın kimi xoşbəxt olmayıb. Yarımçıq həyat yaşayıb. O yarımçıqlığı oğlu doldurub".

Daha sonra Gülüstan Əliyeva zamanla qısqanclığa məruz qaldığını açıqlayıb: "Hədsiz dərəcədə qısqanclıqla üzləşmişəm. Bu, insanın mübarizə gücünü artırır. Amma bir vaxt keçdikdən sonra bu şeylər insanı yorur və çəkilirsən.

Təklik Allaha məxsusdur. Sən Allaha sığınıb yerdə öz tənhalığınla xoşbəxt olmağı bacarırsansa, deməli, ən güclü insansan. İnsanların nə qədər simasız olduğunu - istər bu sənətdə, istər dostlar və qohumlar arasında - gördüm. Əslində, sən dost olmusan, onlar yox. İnsan tənha olmadan öz gücünü hiss etmir".

Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər