29 May 2020 16:09
4 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Nanə Ağamalıyeva sosial şəbəkədə onun ünvanına təhqir yazan izləyicələrə cavab verib.

Teleqraf. com xəbər verir ki, Nanə Ağamalıyeva aparıcılıq eydiyi "Şou ATV" verilişində İnstaqramda ünvanına xoşagəlməz sözlər yazan izləyicilərə görə şərh bölümünü bağladığını deyib:

"İnstaqramda neqativ fikirlər yazanlar çoxdur. Hamının səhifəsinə hər şey yaza bilərlər. Mən bu günə qədər İnstaqramda yazılan heç bir yazıya cavab verməmişəm. Sonra İnstaqramda şərh bölməsini bağladım.

Sizin qəlbinizi qırmaq istəmirik. Bizi o qədər sevən insanlar var ki, pis şərh yazanları görmürəm. Saxta səhifə açıb qərəzli yazanları da bilirik. Neqativ şeylər haqqında danışmaq istəmirəm.

İki-üç insanın yazdığı şərhlə sevənlərimin qəlbinə dəyməyəcəm. İki-üç insan həyatdan gileylidirsə, qınamayaq. Həyatında sevgi azlığı yaşayırlar".


Müəllif: Rəqsanə Həsənova