30 May 2020 15:34
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova imicini dəyişib.

Teleqraf.com xəbər verir ki, buna səbəb xalq artistinin akustik versiyada ifa etdiyi "Paramparça" mahnısı üçün kamera qarşısına keçməsi olub.

Aygün Kazımova saçlarını qısa kəsdirərək tünd rəngə boyadıb.

Sözügedən mahnı xalq artistinin yutub kanalında yerləşdirilib.

Mahnının musiqisi Pərviz Mahmudova, sözləri isə Günər Əliyevə aiddir.


Müəllif: Rəqsanə Həsənova