Məşhur aparıcı Rövşanə Ağasəfqızı Show-News verilişində qalmaqallı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Rövşanə Ağasəfqızı müğənnilərin səksən faizini savadsız adlandırıb: "Cahilliklə barışa bilmərəm, bezirəm. Hərdən verilişə elə insanlar gəlir ki, nə qədər cahil olduqlarının şahidi oluram, çox əsəbləşirəm.
Cahillik məni canımdan bezdirir. İnsan bu qədər cahil ola bilərmi? Cahillik mənim savaşdığım, mübarizə apardığım məqamlardan biridir. Müğənnilərimizin çoxu savadsızdır. Müğənni təbəqəsinin bir qismi üzərimə gələr ki, belə deyil.
Əzizim, sizə verilən suallardan, müsahibələrdən, danışıqlarınızdan bunu görürük. İçinizdə savadlı olan şəxslər də var. Yüz faizdən iyirmi faizində savadı var. Bəzilərinin onuncu sinif savadı yoxdur. Bəlkə də onuncu sinifi bitiriblər, amma nəsə soruşsan, bilməyəcəklər.
Müğənnidən alimlik istəyə bilmərik. Ola bilər ki, beşinci sinifi bitirməsin. Amma istedadı, qabiliyyəti varsa, bu ayrı məsələdur. Vay o gündən ki, nə savadın, nə qabiliyyətin, nə sənətin, nə oxumağın var. Göstərə biləcəyin oran-buran və villan ola bilər. Hesab edirəm ki, burada heç nədən danışmaq olmaz".