Həkim Zakir Bayramov ilə nişanlanan müğənni Sevda Yahyayeva toy mərasimindən danışıb.
Teleqraf.com xəbər verir ki, Sevda Yahyayeva "ATV maqazin onlarla" verilişində bu sözləri deyib: "Toy mərasiminin nə vaxt olacağını bilmirəm. İnşallah, təki hər şey yaxşı olsun. Hələ bu haqda danışmamışıq. Hər şey vəziyyətdən asılıdır. Mən gözəl hiss yaşamağı hər kəsə arzu edirəm. Bu hissi subay həmkarlarıma da yaşamağı arzu edirəm".
Qeyd edək ki, Zakir Bayramov Leyla Medical Center-də (keçmiş Leyla Şıxlinskaya Klinikası) genetik-laborant olaraq çalışır.