Müğənni Rəhim Rəhimli "ATV səhər" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Rəhim Rəhimli verilişdə "Aparıcı kimi fəaliyyət göstərmək fikriniz varmı?" sualına belə cavab verib: "Təkliflər çoxdur. MUZ TV-nin rəhbəri kimi fəaliyyətimizi dondurmuşuq.
Əlaqələr davam edir və bu gün orada qonaq olacam. Rəhbər olduğum iki il ərzində bir dəfə mahnı yazdırmadım, studiyaya getmədim.
Müğənnilər kliplərini gətirirdirlər. Deyirdilər ki, filankəsin klipi niyə üç dəfə yayımlandı? Başımı götürüb qaçdım".