2 İyun 14:45
675

Məşhur aparıcı Afaq Gəncəli "Ona qalsa" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Afaq Gəncəli aparıcının "Deyirlər, sevgilin var?" sualına "Yalandırsa doğru olsun" cavabını verib.

"Müğənni ilə evlənərsinizmi?" sualına isə "İki qoçun başı bir qazanda qaynamaz. O deyəcək səhnəyə mən çıxım, mən əksini deyəcəm. Müğənni ilə evlənmərəm. Evdən bir nəfər ulduz çıxar. Amma elə sadə insanlar var ki, müğənnidən çox kaprizli və eqoludurlar. Müğənnilərin adı çıxıb. Ailə quran günü verilişimi işçimə təqdim edəcəm".


Müəllif: Rəqsanə Həsənova