Budapeşt küçələrində kəşf edilən macar gözəli Barbara Palvinin yeni fotoları yayılıb.
Teleqraf.com xəbər verir ki, gözəl modelin ilk çəkilişi 13 yaşında 2006-cı ildə “Spur Magazine” üçün olub. Daha sonra Asiyaya daşınan model karyerasını orada davam etdirib.
O, “L'Officiel”, “Vogue Rusiya”, “Glamour Hungary” və “Jalouse Magazine” üçün fotolar çəkdirmiş, “Armani Exchange”, “H & M”, “Victoria's Secret” və “Pull and Bear” kimi markalar üçün modellik etmişdir.
Həyatında üç dönüş nöqtəsi olduğunu söyləyən Palvin bunların “Louis Vuitton”, “Prada” və “Victoria's Secret”in nümayişləri olduğunu bildirib.
Teleqraf.com cazibədar modelin fotolarını təqdim edir :
Rüstəm