4 İyun 2020 15:14
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rəqqasə-aktrisa Oksana Rəsulova "Shou-News" verilişində qonaq olub.

Teleqraf. com xəbər verir ki, Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosenin bir müddət əvvəl dediyi "Heç vaxt sevməmişəm" sözlərinə müasibət bildirib.

Əsəblərinə hakim kəsilə bilməyən Oksan Rəsulova bu sözləri deyib: "Mənə nəyə görə Elşad Xose haqqında sual verirsiniz? Mənim bu məsələyə aidiyyətim yoxdur. Ümumiyyətlə, bu insan haqqında danışmaq istəmirəm. Niyə elə dediyini özündən soruşun".

Oksana Rəsulova artıq çəki almasından da danışıb: "Passiv həyat yaşadığıma, çox yediyimə, yuxusuz həyat tərzi keçirdiyimə görə səhhətimdə bəzi problemlər yaşandı. Artıq hər şey düzəlir. Kökəlmişdim, hazırda arıqlayıram".

Rəqqasə oğlu Osmanın nadinc olduğunu da etiraf edib: "Evi dağıdır, sökür, çox nadincdir. Osman mənə yox, atasına oxşayır. Mən sakit idim".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər