Məşhur aktrisa Lili Reynhart ilk dəfə biseksual olduğunu etiraf edib.
Teleqraf.com. xəbər verir ki, bu barədə 23 yaşlı aktrisa sosial şəbəkədə LGBT-liləri qorumaq üçün keçiriləcək aksiyada iştirak edəcəyi haqda məlumat verərkən etiraf edib:
"Bu haqda ictimaiyyətə heç vaxt deməmişəm, amma mən qürurlu biseksual bir qadınam. Bu gün keçirilməsi gözlənən etirazlara qoşulacağam”.
Qeyd edək ki, Lili keçmiş sevgilisi Koul Sprousdan mayın sonunda ayrılıb.