“Müğənni Şəbnəm Tovuzlu ana olacaq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ATV telekanalında yayımlanan “7 canlı” proqramının aparıcısı Vüsalə Əlizadə deyib.
Proqramda qonaq olan Ş.Tovuzlu aparıcının bü sözlərindən utanıb, dil-dodağı quruyub. Canlı efirdə milyonlarla tamaşaçının qarşısında Vüsalənin bu etirafına müğənni belə reaksiya verib:
“Allah hamıya nəsib etsin”.
Qeyd edək ki, Ş.Tovuzlu “Həci” ləqəbi ilə tanınan iş adamı ilə evlidir. Onun bu nikahdan Əli adlı oğlan övladı var.