7 İyun 2020 00:09
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyaya uşaq gətirməzdən öncə düşünün. Çox düşünün. Bəlkə sizin övladınız bu dünyaya gəlmək istəmir. Onun belə bir dünyada yaşamasına siz qərar verirsiniz. Uşaq oyuncaq deyil”.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri feysbuk hesabında yazıb.

O, övladlarına görə narahat olduğunu söyləyib:

“Mən də uşaq istəyirəm” deməzdən əvvəl eqonuzu bir kənara qoyub düşünün xahiş edirəm. Mən düşünməmişəm. Gecələri rahat yata bilmirəm. Onların gələcəyini fikirləşirəm. İki övladım Amerikada yaşayır. Hər gün onlara görə narahat oluram. Kiçik oğluma görə isə lap çox narahatam. Uşaq üç aydır evdədir. Dostları ilə görüşmür, məktəbə, idmana, rəqsə, vokal dərslərinə gedə bilmir. Hər gün onlayn dərslər keçir, sonra da ev tapşırığı. Həftəsonu bir az bulvarda təmiz havada gəzə bildik. SMS olanda da çıxmırdıq. İyunun 12-i yay tətili başlayır. İşləmirik deyə qazancımız yoxdur. Dincəlməyə ( hətta rayona) getmək üçün riskə getmək istəmirəm. Karantin nə qədər sürəcək bəlli deyil. Gündə bir qərar çıxır. Otellərin qiymətindən yəqin ki, xəbəriniz var. Çox söz deyə bilərəm, amma nə xeyri”.

Qeyd edək ki, N.Surinin üç oğlu var


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər