Xalq artisti Aygün Kazımova Xəzər televiziyasında yayımlanan "Fəlidən doğru xəbər" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova Elşən Orucovun "Siz çayın ortasındasınız. Hər iki tərəfdə ağacda Könül Kərimova və Namiq Qaraçuxurlu var. Birinci hansını xilas edərsiniz?" sualına belə cavab verib: "Hər ikisinə də əlimi uzadaram. Çaydan özümü çıxararam. Əlimi ikisinə də verəcəm, kim batar, kim çayda qalar? Bilmirəm".
Xalq artisti ona söz atan həmkarları haqqında da danışıb: "Əvvələr əsəbləşdirirdilər, cavab verirdim. İndi cavab vermirəm. Onların dediyi özlərində qalır".
Aygün Kazımova aparıcının "Zəng edərkən müğənninin telefonunu menecerinə verməsinə münasibətiniz necədir? sualına
"Mənim telefonuma nadir hallarda zəng edirlər. Çünki nadir hallarda telefonla danışıram" deyib.
Aygün Kazımova "Namiq Qaraçuxurlu zəng etsə menecerinə verərsən?" sualına isə "O, blokdadır, zəng edə bilmir" - deyə cavab verib.
Xalq artisti İnstaqram səhifəsini də özü istifadə etdiyini açıqlayıb:
"Çoxları elə düşünür ki, İnstaqramda olmuram. Amma maraqlı, məzəli şərhlərə cavab yazıram. İnstaqramı özüm istifadə edirəm, rəylərə də özüm cavab yazıram".
Qeyd edək ki, "Fəlidən doğru xəbər" verilişi yutubda yayımlanır. Veriliş yutubla yanaşı bundan sonra Xəzər televiziyasında da yayımlanacaq.