8 İyun 2020 10:33
3 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə haqqında böhtan xarakterli video yayanlara cavab verib.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda hekayə bölümündə video paylaşaraq bu sözləri qeyd edib:

"Gözəl kəndimiz Buzovna... İnternetdə üzdən iraq elə insanlar gördük ki... Mənə bu yaxınlarda bir video göndəriblər. Kişi qadın dedi-qodusu edir, şər-böhtan danışır. Videoda deyir ki, guya məni gəlib Bilgəhdən bağdan götürürmüş. Görünür ki, o, insanın Bakının 32 kəndindən xəbəri yoxdur. Bilgəh başqa, Buzovna başqa yerdir. Bizim isə Bilgəhdə heç vaxt nə bağ evimiz, nə də evimiz olub.

Bunu ona görə deyirəm ki, yalançı hekayələri danışanda həqiqəti biləsiniz. O biri kişiyə oxşayan deyir ki, bunlar beş-altı bacı idilər. Biz dörd bacıyıq. O dəqiqə bilinir ki, qondarma hekayələr danışırlar.

Biri də deyir ki, guya məni kimsə xalq artisti edib. Ona görə mən kiminləsə görüşürmüşəm. Mən xalq artisti fəxri adına 23 ildən sonra layiq görülmüşəm.

Heç istedadım olmasa, peşəkar musiqiçilər yetişdirməsəydim, sənətdə yeni səhifə açmasayadım, əmim Məlik Dadaşov xalq artisti, "Şöhrət" ordeni olan insan heç olmasa mənə xalq artisti adını verdirərdi. Mən xalq artisti adına səhnəyə çıxandan 23 il sonra layiq görülmüşəm.

Əziz dostlar, əfsus olsun ki, bizim ana dilimizdə danışırlar. Ən qorxulusu budur. Bir ananın dünya gətirdiyi insanlardır. Heyif o, ananın südündən".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər