8 İyun 2020 12:22
2 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix (Tolik) Əliyev evinin qapılarını "Evdəkilərə salam" verilişinə açıb.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev şəxsi həyatı haqqında açıqlamaları ilə diqqət çəkib: "Bu gün şou-biznesdə yalançı toy edənlər çoxdur. Neçə aydan sonra boşanırlar, qız da bədbəxt olur. Kişi isə yenidən ailə qurur.

Mən istəyirəm ki, qızım olsun. Ailə quracam. Bu il qismət olsa nişanlanaram. Xatirə İslam demişdi ki, səni evləndirəcəm. Bir həftədən sonra zəng edib deyir, səndən qorxuram, birdən qızla yola getməzsən, biabır olarıq. Dedim ki, o zaman gözlə, özüm taparam".

Prodüser həyatda yaşadığı çətinliklərindən də danışıb: "Analığım Ceyran mənim qulluğumda olub. Onu ana kimi qəbul edirəm. Həmişə qayğımı çəkib. İlk dəfə bu haqda danışacam. Bizi tanıyanlar var. Anam 25 il əvvəl Almaniyaya gedəndən bir neçə il sonra atam Ceyranla ailə qurdu. Bizim evimiz yox idi. Bəlkə başqası olsaydı məni qəbul etməzdi. Böyük oğlan idim.

Ceyranın öz evi var idi. Yataqxanada bir otaq idi. Mən, atam və Ceyran o evdə bir yerdə yaşayırdıq. Ceyran məni öz övladı kimi qəbul elədi. Amma indi atamın da öz evi var, hər şey yaxşıdır. Mən ögeylik hiss eləmədim. Temperaturum olanda səhərə qədər yatmırdı. Mən elə böyümüşəm, bunları itirə bilmərəm. Anam bacımı götürüb getmişdi, mən tək qalmışdım.

Avtobusda konduktor da işləmişəm. Bunları danmıram. Onsuz da məni tanıyan tanıyır. Deyə bilmərəm ki, cah-cəlal içində böyümüşəm. Dayım mağaza açmışdı, orada satıcı da işləmişəm. Restoranda işləyirdim, Aygün Kazımova ora gəlirdi. Heç vaxt ağlıma gəlməzdi ki, Aygün Kazımovanın qarşına çay, qəhvə qoyan ofisiant vaxt gələcək prodüsei olacaq..."


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər