8 İyun 2020 15:15
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Ədalət Şükürov "Ona qalsa" verilişində başına saç əkdirməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ədalət Şükürov bu sözləri deyib: "Dost kanalların birinə papaqla çıxdım. Ona görə də saç əkdirməyim haqqında xəbər yayıldı, amma saç əkdirməmişəm.

Əgər insan özündən narazıdırsa və bir kompleksi varsa, bu, normaldır. Kişi, qadın fərqi yoxdur, əgər burnundan narazıdırsa, plastik əməliyyat etdirməlidir".

Əməkdar artist karantin dövründə ailə daxilində yaşanan problemlərdən də söhbət açıb: "Əvvələr cavan ailələr arasında problemlər yaşananda ortaya ağsaqqalar girərdilər, başa salırdılar. İndi təssüf olsun ki, heç kim qarışmır.

Mən pandemiya vaxtı kiminsə boşanmasını eşitməmişəm. Əlbəttə ki, insanlar bir müddət bir yerdədirlər. Məsələn, qaynanalar deyəcəklər ki, ay gəlin, bu stulu bura qoy, o isə başqa yerə qoyacaq. Buradan isə psixoloji problemlər ortaya çıxmağa başlayır.

Buradan müraciət edirəm ki, imkan varsa, bir-birimiz ilə mehriban olaq, başa düşək. Bir çox insanlar bilə-bilə çölə çıxırlar. Polisə tapşırılıb ki, kim bu qanunu pozdu, tutun. Qaydalara riayət etmək lazımdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər