9 İyun 2020 16:30
4 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Yəhyayeva “MTV Azərbaycan” kanalında yayımlanan “Ulduzun vaxtı” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Sevda Yahyayeva nişanlısı, həkim Zakir Bayramov ilə münasibətindən danışıb:

"Əslində, toya qədər bu münasibətimizin ortaya çıxmasını istəmirdim. Amma elə oldu ki, mən istəmədən bu xəbər yayıldı. Ondan sonra İnstaqram səhifəmdə təsdiqləmək qərarına gəldim. O, məni verilişdə, televiziyada görüb. Biz həyatda bir-birimizlə tanış deyildik. Amma uzun müddət idi ki, o, məni izləyirdi və son dəfə mənə mesaj yazmazdan öncə verilişlərin birində görmüşdü. Mənim telefon nömrəm onda olmadığına görə, sosial şəbəkədə yazmışdı. Deyir ki, yazanda da uzun müddət düşünüb ki, yazsın yoxsa yazmasın. Bu qismətdir, hər bir məşhur xanıma saysız-hesabsız məktublar gəlir".

Müğənni toy mərasiminin baş tutmasından da danışıb: "Gözəl evlilik hər bir insanın xəyalıdır. Amma heç vaxt xəyal qurmamışam ki, gəlinliyim belə olmalıdır, belə görünməliyəm, dəbdəbəli olmalıdır. Mənim üçün əsas odur ki, xoşbəxt olum, gözəl ailə həyatım olsun. İndi də karantin düşdü, bu da bizim bir-birimizi daha yaxşı tanınmağımıza imkan verdi".

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə nişanlanıb. O, Leyla Medical Center-də (keçmiş Leyla Şıxlinskaya Klinikası) genetik-laborant olaraq çalışır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər