Müəyyən müddətdir sosial şəbəkələrdə ilk klipinin anonsu yayımlanan müğənni Hicran Selcan artıq peşəkar sənətə addımını atıb.
Teleqraf.com xəbər verir ki, müğənni tanınmış rejissor Rəhman Əliyevin yeni layihəsi kimi təqdim olunur. Hicran xanımın ifa etdiyi "Günahkardır qəlbimiz" adlanan mahnısının sözləri və musiqisi jurnalist Azər Nəsibova, aranjimanı Elvin Musayevə məxsusdur. İlk mahnısına çəkilən klipin rejissoru Rəhman Əliyevdir. Mahnı bu gündən radio dalğalarında səslənəcək. Klip isə ayın 6-dan efirlərdə yayımlanacaq.
Müğənni hazırda yeni repertuar üzərində çalışır. Azər Nəsibovun müəllifi olduğu "Səninlə" adlı ritmik mahnı artıq repertuara daxil edilib. Onlar hazırda "Sən və mən" adlı mahnı üzərində də çalışırlar.
İlk klipi ilə yanaşı müğənninin ilk fotosessiyası da hazırdır. Rəhman Əliyevin ideyası ilə yay və payız fəslinin sintezini əks etdirən şəkillər maraqlı alınıb.
Rüstəm