Müğənni Nigar Camal hüquq-mühafizə orqanlarına müraciət edib.
Teleqraf.com xəbər verir ki, buna səbəb Nigar Camalın videosundan qumar oyunlarının reklamı kimi istifadə edilməsi olub.
Müğənni bu haqda İnstaqramda məlumat verib: "Bir neçə gündür sosial şəbəkələrdə Nigar Camalın videosundan istifadə edərək qumar oyunu reklam olunur.
Dələduzluqla məşğul olan bu application sahibləri insanları aldadaraq onların pullarını mənimsəyir. Hər kəsi diqqətli olmağa, belə oyunlara aldanmamağa çağırırıq. Sözügedən reklamın Nigar Camalla heç bir əlaqəsi yoxdur.
İcazəsiz formada görüntülərdən öz piarlarını aparmaq üçün istifadə ediblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Reklamı yerləşdirən şirkət cəzalandırılacaq".