Müğənni Mənzurə Musayeva "Elgizlə izlə" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Mənzurə Musayeva bu sözləri deyib:
"Hər kəs öz sənətinin fəhləsidir. Mən də fəhlə olmuşam, işimi görüb gəlmişəm. Amma nə olardı, bir kişi deyərdi ki, 300 manatı götür, özünə ayaqqabı al. Nə olardı... Olmayıb axı.
Mən qısqanc olmayan kişini sevmirəm. Çünki indiki zamanda xanımını nəzarət altında saxlamaq lazımdır. Bəzi hərəkətlər eləməsin, bilsin ki, evdə kişi var. Qadın görür ki, mesaj atdı, kişi telefonunu yoxlamadı, reaksiya gəlmədi. Artıq ikinci mesaj gəlir. Qadın kişidən qorxsa onu etməz".