10 İyun 2020 15:03
3 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Kamilə Babayeva "Söhbətsiz" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, iş adamı olan həyat yoldaşı İbrahim Rzabəyov ilə tanışlığından danışıb.

Aparıcının "Deyirlər ki, Kamilənin həyat yoldaşı onu uzun illər sevib" sualına belə cavab verib: "Mən də onu sevmişəm... Mənim 15 yaşım olanda ona vurulmuşdum. Metroda gördüm və dedim ki, ay Allah, səndən nə gedir, onu mənə ver. Amma o zaman nə tanıdım, nə də adını bildim.

Dörd ildən sonra, 19 yaşım olanda yenidən metroda görüşdük, sonra bir-birimizi itirdik. Bizim qəribə dostluğumuz var idi. Onun yaxın dostu vardı - Emil. Biz üçümüz dostluq edirdik. Həmişə mənə deyirdilər ki, oğlan kimisən, səninlə müharibəyə getmək nə gözəl olardı. Mən də dəli olurdum. Mənim beynimdəkini siz bilsəydiniz, nə olardı.

Üzərindən xeyli vaxt keçdi. Türkiyəyə getdim, orada işlərim çox yaxşı alındı . Öz-özümə fikirləşdim ki, burada da ulduz ola, tanına bilərəm. Axı, mənim ürəyimdə arzu var. Alınmaya da bilərdi. Bu illər ərzində olmayıbsa... Düşündüm ki, geri qayıtmaq lazımdır və yenidən mübarizəni aparmaq lazımdır. Beləliklə 2012-ci ildə ailə qurdum".

Qeyd edək ki, Kamilə Babayeva İbrahim Rzabəyov ilə evlidir. Cütlüyün Natella adlı qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər