Prodüser Tarix Əliyev (Tolik) "Zaurla Günaydın" verilişindəki açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, ikinci dəfə evlənmək istəyən Tarix Əliyev qız atası olmaq istədiyini açıqlayıb.
Prodüser canlı efirdə kövrək anlar yaşayıb:
"Qızım olsa, adını Ruhi qoyacam. Məcburi ailə qurmaq istəmirəm. 41 yaşım var və kasıb bir xanımla da ailə qura bilərəm. Ən önəmlisi məni olduğum kimi qəbul etməlidir. Rahat evdə qoyub, harasa gedə bilim. Son günlər görürük ki, xəyanətlər çoxalıb.
Qismət... El gözünə toy edib üç gündən sonra ayrılmaq istəmirəm.
Hər bir insanın ayıbı var, mən yaxşı mənada dəyişmək istəyirəm. Bacım universitetə gedəcək, istəmirəm ki, mənə görə əziyyət çəksin. Mən səhvlərimi unutdurmaq istəyirəm. Mənim bacıma nəsə desələr özümü öldürərəm. Mənim haqqımda nəsə deyiləndə depressiyaya düşürəm. Ona görə tamaşaçılarıma demək istəyirəm ki, o qədər də pis insan deyiləm. Heç vaxt kamera qarşısında maska taxmıram".