17 İyun 2020 13:58
2 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Fidan Qasımovanın doğum günüdür.

Teleqraf.com xəbər verir ki, Fidan Qasımova villasının qapılarını İTV kanalına açaraq ad günü təəssüratlarını bölüşüb.

O, opera sənətinin çətinliklərdindən danışıb: "Opera sənəti çox çətindir. Bütün nailiyyətləri qazanmışam və bu yolları uğurla keçmişəm".

"Niyə səhnədən vaxtından tez uzaqlaşdınız?" sualına isə xalq artisti: "Bizi səhnədən uzaqlaşdırdılar. Özümüz getmədik", - deyə cavab verib.

Fidan Qasımova opera ifaçılarının fiziki göstəriclərindən də danışıb: "Bu sənət çox güc tələb edir. Bir operanı oxumaq səkkiz saat yük daşımaq deməkdir. Orqanizm güclü qidalanma tələb edir. Ona görə opera ifaçıları kök olurlar".

Xalq artisti bacısı Xuraman Qasımovadan da söz açıb: "Mən onsuz həyatımı təsəvvür edə bilmərəm. Onunla darıxmaq mümkün deyil. O evə gələndə günəş doğur".

Qeyd edək ki, Fidan Qasımovanın 73 yaşı tamam olur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər