18 İyun 2020 10:08
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verib.

Bəxtiyar Musayev Teleqraf.com-a açıqlamasında Bəhram Bağırzadənin səhhətində irəliləyiş olmadığını deyib:

"Bəhram Bağırzadənin vəziyyəti stabil, ağır olaraq qalır. Ötən gün vəziyyətində ciddi dəyişiklik baş verməyib.
Xəstə süni tənəffüs aparatına və ECMO cihazına qoşulu vəziyyətdədir. Təyinat üzrə müalicə davam etdirilir".

Qeyd edək ki, koronavirus testi pozitiv çıxan Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər