Müğənni Səyyad Əlizadə Azad Azərbaycan televiziyasında yayımlanan "Ulduzlu yayım" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, yeni evini nümayiş etdirən Səyyad Əlizadə şəxsi həyatından da danışıb: "Bu evə dörd-beş aydır köçmüşük. Binada təmir işləri getdiyinə görə hələ sakinlərin çoxu köçməyib. Mən klassikanı sevirəm, amma evin dizaynı həyat yoldaşım Kəmalə xanıma aiddir.
33 ildir ailə qurmuşam, amma elə bil dünən idi. İllər uçur. İki övladım var, qızım Şəhla, oğlum Atabəy. Atəbəyin əkiz qardaşı da var idi, amma iki yaşında öldü. Xəstəlikdən əziyyət çəkirdi".
Müğənni 13 il pulsuz kirayə yaşadığını da etiraf edib.