Türkiyədə TV 8 kanalında yayımlanan "Survivor 2020" yarımasında iştirak edən kikboks üzrə dünya çempionu, "Qəbələ" İdman Klubunun üzvü Pərviz Abdullayev (“Kobra Pərviz”) iyulun ortasında Bakıya qayıdacaq.
Pərviz Abdullayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"İyulun 15-dən sonra Bakıya gələcəm. İyulun 13-14-də "Survivor" yarışmasının final mərhələsi baş tutacaq. Orada iştirak edəcəyəm".
Qeyd edək ki, Pərviz Abdullayev "Survivor 2020"də "Ünlülər" komandasında yarışıb. O, yarışmanı tərk etdikdən sonra Türkiyəyə gəlib və orada karantinə alınıb. Sərhədlər bağlı olduğu üçün Bakıya qayıda bilməyib.